Əlaqə Arxiv
news Image
2013.05.21
12:41
| A A A
Berlində azərbaycanlı rəssamların sərgisi açılıb

Berlin-Bakı Qalereyasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə və Bakı Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 90 illiyinə həsr edilmiş sərgi açılıb. Mövqe.az-ın məlumatına görə, sərgidə İncəsənət Universitetinin üç dosenti – Aytən Rzaquliyeva, Sevda Sadıxbəyova və Aysel Əzizovanın rəngkarlıq əsərləri nümayiş etdirilib. Sərgini açan qalereyanın icraçı direktoru Ebrahim Ehrari ilk dəfə burada rəssamlığı tədris edən müəllimlərin sərgisinin açıldığını deyib. Daha sonra çıxış edən rəssam Sevda Sadıxbəyova sərginin məhz E.Ehrari və Bakı Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Teymurçin Əfəndiyevin birgə təşəbbüsü ilə təşkil edildiyini bildirib. Bu münasibətlə o, Ebrahim Ehrariyə və digər təşkilatçılara, eləcə də qonaqlara göstərdikləri marağa görə təşəkkür edib. Sərgidə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri, jurnalistlər, alman rəssamları və ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

 

 

Sizin Reklam Yeriniz