Əlaqə Arxiv
news Image
2013.05.22
15:21
| A A A
Xalq artisti Nəzakət Teymurova Samsunda konsert verəcək


Xalq artisti, xanəndə Nəzakət Teymurova Türkiyənin Samsun şəhərində konsert verəcək. Bu barədə Mövqe.az-a məlumat verən xalq artisti bildirib ki, konsert iki gün davam edəcək. Konsert Samsunda keçirilən " Samsun Beynəlxalq Musiqi və Səhnə Sənətləri " festivalı çərçivəsində baş tutacaq.

 

Xalq artistinin sözlərinə görə, konsertə hazırlıq prosesi artıq başlayıb: "Məşqlərimiz artıq başlayıb. Azərbaycan muğamlarından ibarət konsert proqramı hazırlayırıq".

 

Qeyd edək ki, xanəndəni səhnədə xalq artisti Əliağa Sədiyevin rəhbərliyi ilə "Xarı bülbül" ansamblı müşayiət edəcək.


Sizin Reklam Yeriniz