Əlaqə Arxiv
news Image
2013.05.31
15:33
| A A A
Azərbaycan və Mərakeş arasında əməkdaşlıq əlaqələrii müzakirə olunub

Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Mərakeşin mədəniyyət naziri Məhəmməd Amini Sbihi ilə görüşüb.

Mövqe.az-ın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.


Mərakeşin mədəniyyət nazirinin Azərbaycanda olmasından məmnunluğunu dilə gətirən Əbülfəs Qarayev qarşılıqlı səfərlərin bundan sonra da əlaqələrimizin gücləndirilməsinə mühüm töhfələr verəcəyini əminliklə qeyd edib. 


Azərbaycanın mədəniyyət və turizm naziri mərakeşli həmkarının ölkəmizə səfərinin uğurlu və səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib. 


Mərakeşin mədəniyyət naziri Məhəmməd Amini Sbihi Forumun yüksək səviyyəli təşkilinə görə azərbaycanlı həmkarını təbrik etmiş, dəvətə görə öz təşəkkürünü bildirib. 


Qonaq bu Forumun sivilizasiyalararası dialoqun genişləndirilməsində mühüm rolunu qeyd edərək deyib: "Mədəniyyətlərarası dialoqun xalqların yaxınlaşmasında rolu əvəzsizdir. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Azərbaycan və Mərakeş xalqları böyük mədəniyyətə malikdirlər. Ölkənizə səfərimlə, həm də sizin mədəniyyətinizlə daha yaxından tanış olmaq imkanı əldə etdiyimi düşünürəm. Azərbaycanın mədəni irsi ilə də tanış olmaq Mərakeş xalqı üçün vacibdir".

Məhəmməd Amini Sbihi, həmçinin ölkəsinin Azərbaycanın mədəniyyət sahəsində təcrübəsindən yararlanmaqda maraqlı olduğunu bildirib. 


Nazir azərbaycanlı həmkarını Mərakeşə səfərə dəvət edib.


Görüşdə Azərbaycan və Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq üzrə növbəti fəaliyyət planının hazırlanması qərara alınıb.

 

Sizin Reklam Yeriniz