Əlaqə Arxiv
news Image
2013.06.03
16:38
| A A A
Əcnəbi musiqilərin sədaları altında böyüyən uşaqlarımız
Səmimə Səlimova: «Uşaqlar üçün keçirələn tədbirlərdə, uşaq verilişlərində əcnəbi musiqilər səslənəcəksə, biz bu uşaqlara milli ruhda heç nə aşılaya bilməyəcəyik» Roza Zərgərli: «Bu cür tədbirlərdə ancaq milli musiqilərimizi, xalq mahnılarımızı, öz repertuarımızdan olan müasir mahnıları ifa etmişik» Uşaqlarla bağlı keçrilən bir çox kütləvi təlbirlərdə diqqət cəlb edən məqamlardan biri səsləndirilən əcnəbi musiqilərdir. Bəzən belə musiqilər milli mahnılarla müqayisədə daha çox səslənir. Məsələyə münasibət bildirən bir çox seriallardan, müasir filmlərdən yaxşı tanıdığımız sevimli aktrisa Səmimə Səlimova Mövqe.az-a açıqlamasında bildirir: "Bu gün uşaqlarımızın milli ruhda böyümələri üçün onlara yetərincə bilgi verilmir. Bugünkü uşaqlar sabahın gəncləridir və bu gənclər sabaha olan ümidlərimizdir. Əgər bu gün uşaqlarımız öz milli adət- ənənələrimizi, musiqimizi sevmirsə, onu dinləmirsə, demək günhakar özümüzük. Çünkü uşaq psixologiyası yazılmamış ağ vərəqdir, oraya nə yazsan, nə çizsən, onu pozmaq mümkün olmayacaq. Olsa belə, çox dərin izləri qalacaq. Bunların olmaması üçün biz böyüklər uşaqları yetərincə milli ruhda böyütməli, onlar üçün təşkil olunan tədbirlərdə milli kaloritə üstünlük verməliyik. Son vaxtlar uşaqlar milli musiqidən çox, xarici ölkələrin musiqilərini dinləməyə üstünlük verirlər. Və yaxud da ki, biz onlara bunu dolayı və ya birbaşa yollarla aşılıyırıq. Mən bunun tam əleyhinə deyiləm, amma öz musiqimizin unudulmasını da qəbul edə bilmirəm. Çünkü, bugünkü uşaqların çoxu demək olar ki, öz mahnılarımızı nəinki bilmirlər, heç dinləmək belə istəmirlər. Bu, çox acınacaqlı bir haldır. Milli ruh yüksəkliyi elə milli, xalq musiqilərindən başlayır, əbəs yerə deyilməyib, musiqi ruhun qidasıdır. Düzgün qidalanmayan ruh sevgisiz olar. Mən belə başa düşürəm ki, nə qədər uşaqlar üçün keçirələn tədbirlərdə, uşaq verilişlərində əcnəbi musiqilər səslənəcəksə, biz bu uşaqlara milli ruhda heç nə aşılaya bilməyəcəyik. Onlara nə Vətən, nə də ki, millət sevgisi öyrədə bilməyəcəyik".

Beynəlxalq Uşaqlar Günü münasibətilə konsertverən müğənni Roza Zərgərli də fikirlərini Mövqe.az-la bölüşdü: "Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən iyun ayının 1-də Uşaqların Müdafiəsi Günündə konsert proqramı təşkil etdik. Sənətçi dostlarımıza da təklif etdim, kimə maraqlı idi gəldi və iştirak etdi. Çox s olsunlar. Gözəl tədbirimiz keçdi. Öz tədbirimizdən əlavə, uşaqlara həsr olunan 6 tədbirdə də iştirak etdik. Layihənin rəhbəri, piar menecer Kamal Bilalov və prodüsser Mehri Əliquliyeva idilər. Onlar bu konsert proqramını təşkil etdilər. Ümumiyyətlə, biz hər il uşaqlara aid konsert proqramları ilə çıxış edirik. Amma builki çıxışlara ola bilsin ki, nəsə az saytlar diqqət yetirib. Amma biz mütəmadi tədbirlər təşkil etmişik. Bu cür tədbirlərdə də ancaq milli musiqilərimizi, xalq mahnılarımızı, öz repertuarımızdan olan müasir mahnıları ifa etmişik. Konsertimiz çəkilib. Bir azdan maqazin verlişlərində də nümayiş olunacaq. Hətta mən "Uşaqlıq illəri" adlı soundtrack də yazdırmışdım və konsertdə ifa etdim. Bizimkilər hamısı öz mahnılarımızla yanaşı, filmlərdən, cizgi filmlərindən musiqilər oxudular. Konsert 3 saata yaxın davam etdi. Mən 1 saat, dj yarım saat, sənətçi dostlarımız isə 1 saat yarım çıxış etdilər. Məndən əlavə konsertdə İlahə İbadova, Cəmil Məmmədli, "Cahan" qrupu, repçi Qurd və digər həmkarlarımız iştirak etdilər".

Sizin Reklam Yeriniz