Əlaqə Arxiv
news Image
2013.06.11
15:24
| A A A
Meksikada azərbaycanlı maestronun rəhbərliyi ilə konsert keçirilib

Meksika Birləşmiş Ştatlarının ən nüfuzlu simfonik orkestri sayılan "Orquesta Sinfonica del Estado de Mexico"nun ifasında Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında möhtəşəm konsert axşamı keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən Mövqe.az-a verilən məlumata görə, konsert proqramında dahi Azərbaycan bəstəkarı Q.Qarayevin "Don Kixot" simfonik lövhələri, rus klassikləri P.İ.Çaykovskinin "Rokoko" variasiyaları və S.Raxmaninovun "Simfonik rəqsləri" ifa edilib.

Həmçinin, konsertdə solist olaraq məşhur italyan violonçel ifaçısı Roberto Trainini çıxış edib.

Orkestrin baş konsertmeysteri Feliks Parra bildirib: "Maestro Yalçın Adıgözəlovla çalışmaq bizə böyük şərəf verdi. Yüksək peşəkarlığa və hərtərəfli biliyə malikdir. O, həqiqətən böyük dirijordur".

Sizin Reklam Yeriniz