Əlaqə Arxiv
news Image
2013.06.11
15:34
| A A A
Bu gün Hökümə Qurbanovanın 100 illik yubileyi qeyd ediləcək

Bu gün xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 100 illiyi qeyd ediləcək.

Mövqe.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin "Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında" 4 mart 2013-cü il tarixli sərəncamına əsasən, 2013-cü il iyun ayının 11-də, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük səhnə ustası, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti, dövlət mükafatı laureatı Hökümə Abbasəli qızı Qurbanovanın 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

Tədbirdə sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək və yaratdığı obrazlardan parçalar nümayiş olunacaq.

1988-ci il noyabrın 2-də Bakıda vəfat etmiş H.Qurbanova Fəxri xiyabanda dəfn olunub.

Sizin Reklam Yeriniz