Əlaqə Arxiv
news Image
2013.06.14
17:21
| A A A
Azərbaycanda Ukrayna Mədəniyyət Günləri keçiriləcək

"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2013-cü illər üzrə əməkdaşlıq haqqında Protokol"a əsasən 2013-cü il 16-19 iyun tarixində Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb. Nazirlikdən Mövqe.az-a verilən xəbərə görə, Mədəniyyət Günləri çərçivəsində Bakıda və Hacıqabulda konsertlər və sərgilər təşkil olunacaq. Ukrayna Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına xidmət edəcək. 


Mədəniyyət Günləri ilə əlaqədar aşağıdakı tədbirlər keçiriləcək.

17 iyun 2013


Saat: 11.00 - Ukrayna Mədəniyyət Nazirinin birinci müavini Timofey Qriqoryeviç Koxanın rəhbərlik etdiyi nümayəndə heyətinin Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarəti.


Saat: 19.00 - Ukrayna Mədəniyyət Günlərinin təntənəli açılışı. P.Virski adına Rəqs Ansamblının konserti (Azərbaycan Dövlət Filarmoniyası).


18 iyun 2013


Saat 10:00 - Ukrayna Mədəniyyət Nazirinin birinci müavini Timofey Qriqoryeviç Koxanın Mədəniyyət və Turizm Nazirliyində rəsmi qəbulu.


Saat 13:00 - P.Virski adına Ukrayna Rəqs Ansamblının Hacıqabul rayonunda konserti.


 

Sizin Reklam Yeriniz