Əlaqə Arxiv
news Image
2013.06.19
11:31
| A A A
"MİRAS" rəssamlıq sərgisi təşkil edir

"MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Molla Nəsrəddin irsinin müasir dövrümüzdə təzahürləri" mövzusunda rəssamliq sərgisi  təşkil  edir.


Sərgi 21 iyun 2013-cü ildə saat 18.00-da Baku Art Gallery-nin sərgi salonunda keçiriləcək. Sərgidə gənc rəssamların "Molla Nəsrəddin" jurnalının işıqlandırdığı mövzulara həsr etdiyi rəsm əsərləri nümayiş olunacaq.


Məlum olduğu kimi, Azərbaycan xalqının görkəmli şəxsiyyətləri, yaradıcı ziyalıları Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, M.S.Ordubadi, Ə.Nəzmi, H.Cavid, C.Cabbarlı, N.Nərimanov, Ə.Əzimzadə, Ü.Hacibəyov və s. XX əsrin əvvəllərində Mirzə Cəlilin yaratdığı, Şərqin ilk satira jurnalı "Molla Nəsrəddin"in ətrafinda birləşərək xalqın maariflənməsi və azadlığı uğrunda birgə mübarizə aparmışlar. Jurnalda qaldırılmış problemlərin bir çoxu bu gün də aktuallığını itirməyib. 


Sərginin məqsədi də Molla Nəsrəddin irsinin müasir dövrümüzdə təzahürlərini nümayiş etdirməkdir. Sərgidə Yaylagül Ramazanova, Emin Elişov, Sürəyya Abdullalı, Mərdan Məmmədov, Şahin Quliyev, Mətanət Ağazadə, Aydan Ağazadə, Kənan Məmmədov, Anar Pənahov, Anar Şəmsiyev, Mərdan Məmmədov, Qurban Oruclu, Vüqar Qurbanov, Könül Məmmədova, VüsaləTalıbova və başqalarının işləri nümayiş olunacaq. 


Sizin Reklam Yeriniz