Əlaqə Arxiv
news Image
2013.06.20
14:59
| A A A
“Birinci ol” şüarı altında I beynəlxalq mahnı müsabiqəsi keçiriləcək
İyunun 21-də Heydər Əliyev Sarayında “Birinci ol” şüarı altında “Univiziya” tələbələrin I beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

Mövqe.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı ilə keçiriləcək müsabiqədə Avropa, Asiya və Amerika qitələrində yerləşən 20 ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbə ifaçı və münsiflərin iştirakı olacaq.

 

Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1-12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 avro təşkil edir.

 

Azərbaycanı beynəlxalq müsabiqədə "Univiziya" tələbələrin II mahnı müsabiqəsinin qalibi, Qafqaz Universitetinin tələbəsi Zərrin Mahmudzadə təmsil edəcək.

Sizin Reklam Yeriniz