Əlaqə Arxiv
news Image
2013.06.28
16:57
| A A A
“Applied and Computational Mathematics” beynəlxalq jurnalı Azərbaycanın ilk impakt-faktorlu elmi jurnalıdır

"Thomson Reuters" Agentliyinin 2012-ci il üçün hesabatına əsasən Azərbaycanda dərc olunan "Applied and Computational Mathematics" beynəlxalq jurnalının təsir əmsalı (Impact Factor) artaraq 0,75 olub.

"Applied and Computational Mathematics" jurnalı Azərbaycan elm tarixində ilk elmi jurnal olaraq 2008-ci ildə "Thomson Reuters" agentliyin genişləndirilmiş siyahısında yer alıb. Aparılan məqsədyönlü işlərin nəticəsi olaraq "Thomson Reuters" Agentliyinin 2009-cu il üçün hesabatında jurnalın təsir əmsalı 0,633-ə bərabər olduğu elan edilib.


Qeyd edək ki, "Applied and Computational Mathematics" jurnalı hələ ki, "Thomson Reuters" agentliyinin hesabatına salınmış yeganə Azərbaycan jurnalıdır. Jurnal 2002-ci ildə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunub. Jurnalın fəxri redaktoru İllinois Universitetinin professoru Tamer Başar, həm baş redaktorları isə AMEA-nın həqiqi üzvləri Əli Abbasov, Fikrət Əliyev, Ukrayna MEA-nın Mexanika İnstitutunun şöbə müdiri, professor Vladimir Larin, aparıcı redaktoru BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin şöbə müdiri f.-r.e.d. Yusif Qasımov, icraçı redaktoru isə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin elmi katibi f.-r.e.n. Nərgiz Səfərovadır. Jurnalın Redaksiya Heyətində dünyanın 12 ölkəsindən 24 tanınmış alim təmsil olunur.


Jurnalın bu günə qədər 27 sayı çapdan çıxmış, bu nömrələrdə dünyanın 35-dan artıq ölkəsini təmsil edən 300-ə qədər məqalə dərc olunub. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap olunur. Nəşr olunduğu 11 il müddətində jurnal 42 ölkədən 200 elmi müəssisə ilə elmi mübadilə həyata keçirib.

Sizin Reklam Yeriniz