Mövcud Qərb təcrübəsinə diqqət yteirdikdə burada çəkilən filmlərin maliyyə xərclərinin müxtəlif kredit təşkialtları tərəfindən ödənildyini görmək olar adətən filmi çəkən rejissor və ya şirkət kredit təşkiltaından tələb olunan vəsaiti götürür, daha sonra filmin nümayişindən sonar əldə edilən gəlirlər hesabına götürlən vəsait geri qaytarılır. Azərbaycanda isə bu təcrübədən indi demək olar ki, istifadə deilmir. Məsələyə münasibət bildirən xalq artisti, kinorejissor Ramiz Əzizbəyli Mövqe.az-a açıqlamasında qeyd edir: "Təcrübə mövcuddur. Amma əvvəlki illərdə bunu bir-iki dəfə ediblər. Sonra Sovet dövləti qurulandan sonra ideolojı iş kimi insanlara müstəqillik verilməyib. Azərbaycanda bu gün bankdan kredit götürüb film çəkmək mümkündür. Əslində, edənlər də var. Adlarını açıqlamaq istəməzdim. Prodüsser mərkəzləri həm öz pulları, həm də banklara müraciət edib, belə filmlər çəkirlər. Ancaq belə məsələlərdə sığortalanmaq, zəmanət durmaq olmur. Prodüsser özü zəmanət verməlidir ki, baxılmasa, satılmasa, alınmasa, pulunu geri ala bilər".
Azərbaycanda ən məşhur və kütləvi tamaşaçı sevgisi qazanan "Pərvanələrin rəqsi" serialının rejissoru Rövşən İsax isə bildirir: "Vallah nə deyim... Ancaq banklara müraciət edib, serial, film çəkmək bu gün Azərbaycanda çox böyük risk tələb edir. Çünki bizdə prokat sistemi yoxdur. Məsələn, mən bir kino çəkirəm, onu müxtəlif məkanlarda göstərmək istəyirəm. Bunun üçün tələb olunan kinoteatrlar şəbəkəsi yoxdur. Sabah bankdan pul götürüb film çəkilsə, onun plagiatı yayılsa, onun qarşısını da ala bilməyəcəyik. Ona görə belə addım ölkəmizdə böyük risk tələb edir və mümkün deyil. Onun sonu " provala" məhkumdur. Elə buna görə də rejissorlar bu fikri nəzəri də olsa, beyinlərindən keçirmir".