Əlaqə Arxiv
news Image
2020.04.19
17:28
| A A A
Gənc Tamaşaçılar Teatrı əməkdaşları onlayn qaydada məşq edirlər

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi Bəhram Osmanov İsmayıl İmanın “Balaca yaramaz məxluq” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın onlayn məşqini edib.

Bu barədə Mövqe.az teatrın metbuat xidmətinə istinadən məlumat verir.

Belə ki, tamaşanın quruluşuna karantin günlərindən əvvəl başlanılmışdı. Hal-hazırda isə onlayn ünsiyyətlə tamaşa üzərində iş davam edir.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Şamxal Novruzludur. Tamaşada əsas rolları Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, İlham Əsədov, teatrın sevilən aktyorları Elşən Hacıbabayev, Vahid Orucoğlu, Yasəmən Məmmədova, İlahə Əmirxanova, Araz Pirimov canlandıracaqlar.

 

Teatrın mətbuat xidmətinin məlumatına görə karantin günlərində teatrın əməkdaşları müxtəlif virtual proqramların vasitəsiylə ünsiyyət qurur yaradıcılıq müzakirələri keçirirlər.

Sizin Reklam Yeriniz