Əlaqə Arxiv
news Image
2012.05.14
12:05
| A A A
İlk məşqlər başladı
"Bakı Kristal Zalı"nda 42 təmsilçi ölkədən 9-nun ilk məşqi və mətbuat konfransı keçirildi

Movqe.az Eurovision.az saytına istinadən xəbər verir ki, bu gün Eurovision Mahnı Müsabiqəsi 2012 çərçivəsində iştirak edən 42 ölkədən 9-nun "Bakı Kristal Zalı"nda ilk məşqi və mətbuat konfransı uğurla başa çatıb. Eurovision 2012 səhnəsində  Monteneqro təmsilçisi Rambo Amadeus, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, Latviyadan Anmari, İslandiya təmsilçisi Qreta Salome və Jonsi, Albaniyanın nümayəndəsi Rona Nişliu, Rumıniya təmsilçisi "Mandinga", İsveçrə təmsilçisi "Sinplus", Belçikadan İris və Finlandiya təmsilçisi Pernilla möhtəşəm səhnədə uğurlar çıxış ediblər.

Mətbuat konfransında iştirak edən təmsilçilərin hər biri jurnalistlərə Bakıya olan sevgilərini və məhəbbətlərini dilə gətiriblər. Burdakı ab-havanın ilk gündən onlara xoş təsir bağışladığını və məmnun olduqlarını söyləyiblər. Təmsilcilər arenada hər bir incəliyin bütün detallara qədər  nəzərə alındığını bildiriblər.

Sizin Reklam Yeriniz