Əlaqə Arxiv
news Image
2020.11.10
01:21
| A A A
Bir səs gəlir Qarabağdan

Bir səs gəlir Qarabağdan -

Gah Murovdan, gah Ağdamdan,

Fərq eləməz hansı dağdan

O səs gəlir Qarabağdan -

Haray səsi gəlir ordan.

 

Qalx ayağa, Vətən oğlu,

Gedək biz o səsə doğru

Etmədən bir sual, sorğu.

Azad edək Qarabağı,

Təmizləyək o torpağı.

 

Əzək bir-bir dığaları,

Başa salaq sarsaqları

Ağı deyib ağlasınlar.

Azad edək Qarabağı,

Təmizləyək o torpağı.

 

Şuşa bizim, Laçın bizim

Cəbrayıldır canım- gözüm,

Ağdamda köklənsin sazım,

Azad edək Qarabağı,

Təmizləyək o torpağı.

 

Bir səs gəlir Qarabağdan,

Əzab çəkir o ağrıdan,

Qan tökülür yarasından...

Gedək biz o səsə doğru -

Azad edək Qarabağı!

 

Qeyrətlidir İlhamımız,

Möhkəmlənib hər yanımız

Uğurludur planımız.

Gedək biz o səsə doğru -

Azad edək Qarabağı!

 

Balaşirin Nəsirov,

döyüşçü atası

Sizin Reklam Yeriniz