Əlaqə Arxiv
news Image
2020.12.01
08:30
| A A A
Ermənilərin dini abidələrimizə qarşı vandalizminə xristian dünyası obyektiv qiymət vermir
“Müqəddəs Jen-Mironosits” kafedral kilsəsinin nümayəndəsi niyə Ermənistanı açıq mətnlə hədəfə götürmədi? Qasım Hacıyev:““Müqəddəs Jen-Mironosits” kafedral kilsəsinin nümayəndəsi sözünü birbaşa Ermənistanın, Qriqoryan kilsəsinin ünvanına deməli olduğu halda, ümumi danışmaqla öz işini bitmiş hesab edir”.

"Burada ikili yanaşma, xristian təəssübkeşliyi, erməni vandalizminə göz yummaq kimi mənfi təzahürlər açıq görünür".
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən "Müqəddəs Jen-Mironosits" kafedral kilsəsinin nümayəndəsi, protoiyerey Sergey Ferştant  Erməni vandallarının Azərbaycanın işğal olunmuş şəhərlərindəki məscidləri dağıtdığını, təhqir etdikləri haqda bildirib: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil. Həmin insan nə Allaha, nə də şeytana inanır. O, yalnız dağıdır. Başa düşmür ki, buna görə sabah Allah onu cəzalandıracaq".
Azərbaycan kimi multikonfessial və tolerant bir ölkənin məbədlərini dağtmış ermənilərin vandallığı nə üçün birbaşa Ermənistanın ünvanına açıq yönəldilmir, bu ölkə açıq mətnlə pislənilmir? 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev "Mövqe"yə şərhində bildirdi ki, müharibənin gedişi dövründə erməni və digər xristian ölkələrin din xadimlərinin fikirlərini yaxından izləmişik. "Hətta müharibə dövründə erməni keşişlərinin sepratçılara qoşulub nə oyunlardan çıxdıqlarını, nə kimi əsassız bəyanatlar verdiyini hər kəs görür. Eyni zamanda Qriqoriyan kilsəsi yarandığı ilk vaxtlardan həmişə separatimlə məşğul olub. Bilmək lazımdır ki, Azərbaycanın dini abidələrinin, məscidlərinin dağıdılmasında Qriqoryan kilsəsinin və onun başbilənlərinin xüsusi rolu var. Məhz göstərişi onlar veriblər ki, işğal altında olan Azərbaycan torpaqlarındakı bütün  xristianlıq məbədləri dağıdılsın, saxtalaşıdırılsın, bununla da Azərbaycanın multikultural, tolerant siyasətinə zərbə vurulsun. Ermənilər işğal dövründə Azərbaycanın xristian dövrü abidələrinə qarşı böyük saxtakarlıqlar ediblər. Bu faktdır. Prezidentimiz də xatırladıb ki,  XIX əsrdə ermənilər Rus Çarının qılığına girərək alban kilsəsini öz əllərinə keçiriblər, varidatını mənimsəyib talayıblar, ərazilərini ələ keçirmək üçün iddialar qaldırıblar. Bu günə qədər baş verən faciələrin səbəbkarı məhz erməni Qriqoryan kilsəsidir. Bunu bütün xristian aləmi yaxşı bilir, lakin xristianlıq təəssübkeşliyi nümayiş etdirərək erməni vandalizmini ört-basdır edir, onun əvəzinə "xristian abidələr"inin "taleyindən nigaran olduqlar"nı iddia edirlər. Əgər Qərbin xristian dünyası obyektib olsaydı və tərəf tutmasaydı bir əlində avtomat, o biri əlində xaç tutan keşişə qarşı tədbir görərdilər.   
Azərbaycan əraziləri işğaldan azad edilən Ağdam şəhərinə səfər edənlər arasında "Müqəddəs Jen-Mironosits" kafedral kilsəsinin nümayəndəsi, protoiyerey Sergey Ferştant də olub. Amma onun Azərbaycanın dini ocaqlarına qarşı vandalizm aktları törədən erməniləri birbaşa hədəfə almaması təəssüf doğurur.  "Müqəddəs Jen-Mironosits" kafedral kilsəsinin Ağdamda olan təmsilçisi erməni Qriqoryan kilsəsinin və erməni toplumunun necə cinayətkar olduğunu yaxşı bilir, amma ümimi danışır, özünü sanki bu vandalizmi kimlərin törətdiyindən xəbərsiz kimi aparır. Burada ikili yanaşma, xristian təəssübkeşliyi, erməni vandalizminə göz yummaq kimi mənfi təzahürlər açıq görsənir. Əslində, "Müqəddəs Jen-Mironosits" kafedral kilsəsinin nümayəndəsi sözünü birbaşa Ermənistanın, Qriqoryan kilsəsinin ünvanına deməli olduğu halda ümumi danışmaqla öz işini bitmiş hesab edir. Bu da sözsüz ki, xristian dünyasında mövcud olan siyasətlə, ikili yanaşma ilə bağlıdır. Azərbaycan çoxkonfensiyalı, çoxdinli, çox mədəniyyətli bir ölkədir və ermənilərin bizim dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarına xristian dünyası obyektiv münasibət bildirməkdən yayınırlar. 
Görnür, biz də lazımı səviyyədə ermənipərəst xristian aləmini lazımı şəkildə tənqid edə bilməmişik. Əslində, geniş mənada tənqid etməməyimizin səbəbi dinlər arasında ixtilaf yaratmaq istəməməyimizlə bağlıdır. Xristianların heç də hamısı ermənipərəst deyil, ermənilərin mənfur siyasətini dəstəkləmir. Amma biz geniş mənada açıq danışmalıyıq. Din xadimi diplomat deyil, o Allahın buyurduqlarına əməl etməlidir, bütün səmavi kitablar, dinlər zorakılığı, vandalizmi, haqsızlığı, ədalətsizliyi pisləyir, amma təəssüf ki, bəzi xristian din xadimləri öz üzərinə düşəni etmir". 
Q.Hacıyev qeyd etdi ki, o zaman Yerusəlimdə erməni kilsəsinin xəyanəti nəticəsində avropalılar tərəfindən yandırılıb dağıdılanda ermənilərə birinci Fransa sahiblik etdi, Fransa erməniləri aparıb onlara kilsə tikib yaratdı, həmin kilsə isə bu günə qədər də minlərlə ermənini öz ətrafında birləşdirib terrorçular yetişdirir. Dünyanın çox yerində də terrorla məşğul olanların əksəriyyətinin ya Fransadan gəldiyini, ya da Fransaya gələrək təlim aldığını deyən Q.Hacıyev hesab edir ki, bu gün Fransa prezidenti də həmin ideyanı həyata keçirir.
Leyla QARAXANLI

Sizin Reklam Yeriniz