Əlaqə Arxiv
news Image
2021.01.22
11:29
| A A A
Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupunun üzvləri ilə növbəti onlayn görüş keçirilib
Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupunun üzvləri ilə növbəti onlayn görüş keçirilib. Cari ilin 21 yanvar tarixində Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə regional idarə üzrə Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupunun üzvləri ilə növbəti görüş keçirilib. Onlayn formatda baş tutan görüşdə regional idarənin əhatə etdiyi Bərdə, Tərtər rayonlarında, o cümlədən Mingəçevir və Yevlax şəhərlərində yerləşən mədəniyyət müəssisələrində çalışan gənclər iştirak edib. İlyas Hacıyev öncə görüş iştirakçılarınından ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarında keçən qəhrəman şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Sonra o, ötən il ərzində regional idarə üzrə qrupun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb, cari il üzrə prioritet istiqamətlər barədə tapşırıqlarını verib. Qeyd olub ki, ölkəmizdə aparılan uğurlu mədəniyyət siyasətinin icrasında gənclərin rolu böyükür və bu baxımdan nazirlik və regional idarə tərəfindən gənclər xüsusi diqqət mərkəzində saxlanılır. Sonda görüş çərçivəsində təklif olunan yeni layihələrin həyata keçirilməsi, bu istiqamətdə hesabatların hazırlanaraq regional idarəyə təqdim olunması barədə fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sual və təklifləri dinlənilib.
Sizin Reklam Yeriniz