Əlaqə Arxiv
news Image
2021.02.26
14:20
| A A A
Masallıda soyqırım qurbanları anılıb
Masallı rayonunda bəşəriyyətin dəhşətli cinayətlərindən olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib

 

25 fevral 2021-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecin müəllim və tələbələrinin iştirakı ilə "Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət" mövzusunda onlayn videokonfrans keçirilib.
İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Heydər Əliyev Mərkəzin direktoru Dilbər İbayeva bildirib ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Hüseynova Ulu Öndər Heydər Əliyevin bu sözlərini xatırladıbı: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Tədbir çərçivəsində Masallı Dövlət Reginal Kollecin müəllimi Günay Məmmədova çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixini yazan, xalqımızın şərəfini, şanını, uca tutan onun namusu və qeyrəti yolunda yorulmaz mübarizə aparan sevimli sərkərdəmiz - Ali Baş komandanımız cənab İlham Əliyev 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na kimi apardığı 44 günlük müharibə meydanında erməni cəlladlarından Xocalı faciəsinin intiqamını aldı, xalqımıza baş ucalığı, şərəf, şan gətirdi. Bununlada yenilməz sərkərdəmiz nəinki Xocalı faciəsinin hətta bütün işğal olunmuş Azərbaycan torpaqlarının intiqamını aldı.

 

Xalq teatrının "Xocalıya gəlirik" adlı virtual tamaşası oynanılıb

Fevralın 24-də Masallı Xalq teatrının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalıya gəlirik" adlı virtual tamaşası oynanılıb.

Sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunan tamaşada erməni millətçilərinin qaniçən və quldur xisləti aktyorların parlaq səhnə işilə ortaya qoyulub. Eyni zamanda, tamaşada Xocalıya qayıdış və işıqlı gələcəyə olan güclü inam obrazların timsalında ustalıqla ifadə olunub.

Virtual tamaşada teatrın rejissoru Cəmaləddin Əliyev, istedadlı gənc aktyorlar Cavid Quliyev və Mərhəmət Lələyev, bədii qiraətçi Ziyafət Hüseynov iştirak ediblər.

Elektrik Şəbəkəsinin kollektivi anım  tədbiri keçirib

Tədbirdə  Masallı Elektrik Şəbəkəsinin rəisi Gündüz Səfərov çıxış edərək, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106 qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilmişdir. Xocalı soyqırımı  Azərbaycan tarixinə ən dəhşətli faciəli hadisələrdən biri kimi daxil olduğunu, bu soyqırım eyni zamanda, bütün  bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu və bütövlükdə Azərbaycan xalqına qarşı  yönəldilmiş xocalı soyqırımını ağılasızmaz qəddarlığı bəşər tarixində bir vəhşilik aktı olduğunu öz çıxışında qeyd etdi. 
Şöbə rəisi Famil Yaqubov çıxış edərək. bildirdi ki, Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərdən, müasir dövrə qədər tarix və mədəniyyət əsərlərini  özündə əsk etdirirdi. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi, dünyanın ən qədim qəbristanlığı olan xocalı qəbristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi, erməni vandalizmininn bariz nümunəsi olmaqla dünya mədəniyyətinə qarşı zorakılıq olduğunu bildirdi.  
Masallı Elektrik Şəbəkəsinin texniki Marif Saleyev çıxış edərək, xocalı soyqırımı  Azərbaycan tarixinə ən dəhşətli faciəli hadisələrdən biri kimi daxil olub, bu soyqırımın eyni zamanda, bütün  bəşəriyyət qarşı tarixi bir cinayət olduğunu bildirdi.

Masallıda Xocalıya həsr olunmuş akvarellə çəkilmiş əsərlərin nümayişi

Masallı rayon Dövlət Rəsm Qalereyasında Xocalı soyqırımıilə  bağlı  Masallı  11 illik  İncəsənət  Məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət  sərgisi  təşkil  olunmuşdur.
Sərgidə  Həşimova  Zeynəb,  Məmmədova  Aysel, Kazımzadə  Turan, Dadaşova  Günay, Zeynalova  Zeynəb,  Babazadə  Aytac,  Kazımova Mirzeynəb,  Səlimova Dilbər və  İsayeva  Nurayın  akvarellə  çəkdikləri  əsərlər   nümayiş  olunur. 

Uşaqlar  Xocalıda  başverən  dəhşətli   hadisələri  fırçanın  dili  ilə  çatdırmağa  çalışmışlar. 

Qalereyada  bu  əsərlər fevralın   24-dən 27-dək sərgilənir.

Xocalı soyqırımına həsr olunmuş slayd nümayiş olunub

25 fevral 2020-ci il tarixində Masallı rayon Baytarlıq idarəsində Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş anım mərasimi keçirildi.

Mərasimi Masallı rayon Baytarlıq idarəsinin rəisi Azər Məmmədov açdı və Xocalı faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edildi. Faciə ilə əlaqədar Baytarlıq idarəsinin müavini Dədəmir Təhməzov , aparıcı baytar həkimləri Şəfaət Ağayev və Məmmədağa Əliyev faciə ilə bağlı fikirlərini bölüşdülər. Sonra idarənin kompüter operatoru Şəfəq İbrahimzadə faciənin tarixi haqqında məlumat verdi. Sonda Xocalı soyqırımına həsr edilmiş slayd tədbirdə nümayiş edildi.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz