Əlaqə Arxiv
news Image
2021.02.28
09:00
| A A A
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib

 

Qarabağ münaqişəsinin payızdakı gərginləşməsindən sonra Azərbaycanın Laçın rayonunda "Ağoğlan" qədim Alban-udi xristian məbədi-monastırında ikinci xidmət keçirilib.

Movqe.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Alban-udi xristian icması sədrinin müavini Rafik Danakari bildirib.

İcma sədrinin müavini Azərbaycanın multikultural bir ölkə olduğunu, dövlətin ziyarətgahları bərpa edəcəyini qeyd edib:

"Bərpa planları var, Prezidentimiz bu barədə deyib, bütün kəndlər bərpa olunacaq".

Sizin Reklam Yeriniz