Əlaqə Arxiv
news Image
2021.03.02
17:30
| A A A
Milli Azərbaycan Tarixi Muzeyi kitabtoplama kampaniyasına qoşulub

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi kitabtoplama kampaniyasına Milli Azərbaycan Tarixi Muzeyi də qoşulub.

Movqe.az bildirir ki, bu barədə AZƏRTAC-a Tarix Muzeyindən məlumat verilib. Bildirilib ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı kitabtoplama kampaniyasının əhəmiyyətini qeyd edib, bu cür addımlar atılmasını yüksək qiymətləndirib. Muzeyin kitabxanasının müdiri İradə Qasımovanın iştirakı ilə 78 adda 780 nüsxə kitab “İşğaldan azad olunmuş bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na bağışlanıb.

Sizin Reklam Yeriniz