Mən dedim, hamı bildi, Dələ də tülkü imiş...
(Təmsil)
Mən dedim , hamı bildi, Dələ də tülkü imiş..
Bəlkə də Tülkülərin əzəli, ilki imiş..
...Dələ, Dələ, ay Dələ, bir az vaxtın var hələ...
Bəlkə sən tülkülükdən, əl çəkəsən, gedəsən...
Dələ dedi : - Onda sən,əl çəksəm tülkülükdən,
mənə nə verəcəksən?
***
Mən gördüm yanılmışam, Dələ tülkü deyilmiş.
Sən demə, tülküləşib,Tülküləri yeyirmiş...
Nazim NƏSRƏDDİNOV
Bakı