Əlaqə Arxiv
news Image
2021.04.02
21:45
| A A A
Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi “Vətən” Müharibəsinin iştraksısı olmuş idmançımızı ziyarət etmişdir

Aprelin 2-də  Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ müharibəsinin iştrakçısı,  müharibə veteranı  Adilzadə Xalid Qadir  oğlunu  ziyarət etmişdir.  Ziyarət zamanı idmançımızın  keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. idmançımız  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  öz minnətdarlığını bildirmişdir.

  Qeyd edək ki, Adilzadə  Xalid Qadir oğlu 23 iyun 1992-ci ildə Masallı rayonunun Böyük Xocavar  kəndində anadan olmuşdur.2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Vətən müharibəsinin başladığı ilk güdən  könüllü olaraq döyüşlərə qatılmış , Cəbrayıl və Qubadlı   rayonlarının  işğaldan azad edilməsində  qəhrəmancasına döyüşmüşdür. Adilzadə Xalid  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 Adilzadə Xalid Kyokusinkay  karate idman növü ilə məşğul olmuş , müxtəlif vaxtlarda Respublika və beynəlxalq səviyyəli yarışların iştirakçısı və mükafatçısı olmuşdur.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz