Əlaqə Arxiv
news Image
2021.04.05
13:53
| A A A
Masallıda onlayn qaydada keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon turnirinə yekun vuruldu

2 və 3 aprel  2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi” ilinə həs olunmuş gənclər arasında fərdi şəkildə onlayn “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon turniri keçirilmişdir.

Iki gün davam edən yarışın əsas məqsədi Nizami Gəncəvi irsinin gənclər arasında təbliği,onların asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olmuşdur.  

Gənclər arasında keçirilən turnirin yekun nəticəsinə əsasən birinci yerə Həsənzadə Rasim Ülfət oğu, ikinci yerə Baxşıyev Nicat Telman oğlu, üçüncü yerə Məlikov Məhəmməd Asif oğlu layiq görülmüşlər. Əmənov İlqar İsa oğlu isə turnirin fərqlənmə diplumu ilə mükafatlandırılmışdır.

Turnirdə  qalib gəlmiş gənclər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz