Əlaqə Arxiv
news Image
2013.09.09
16:05
| A A A
Serilların bərbad gündə olan musiqi tərtibatı
Faiq Sücəddinov: «Seriallarda musiqilər zəifdir, çoxusu sentizatorda yığılan şeylərdir»

Xanım İsmayılqızı: "Seriallarda professional bəstəkarlar bir yana, professional aktyorlar da çox azlıq təşkil edir"


Birmənalı həqiqətdir ki, səsli filmlərin tamaşaçılarınqəlbinə yol tapmasında buraad səsləndirilən musiqilər heç də az rol oynamır. Bu mənada dünya kino sənayesində filmlərdə müvafiq musiqilərin səsləndirilməsi, bunun üçün hər zaman professional musiqiçilərə müraciət edilməsi prioritte məqamlardan sayılır. Qeyd olunan hal son dövrlərə kimi Azərbaycan filmlərinin də əsas xüsusiyyətlərindən olub. Lakin son illərdə çəkilən film və seriallarda musiqi üçün profesionllara müraciət nəzəərçarpacaq dərəcədə azalıb. Bu səbəbdən yeni filmlərin musiqi effektinin yüksək olmasından danışmaq çətindir.

Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən bəstəkar Faiq Sücəddinov qeyd edir: "Rejissorlar musiqi məsələsinə çox fikir verib, yalnız peşəkarlarla işləməlidirlər. Filmin, serialın musiqisi çox şeyi həll edir. Rejissorları nə qədər peşəkarlar əhatə etsə, bu, onların uğuru kimi qiymətləndiriləcək. Serial çəkimində mütləq səs rejissoru, işıqçılar, musiqiçilər, operator, montajçı və başqaları professional olmalıdır. Bizdə isə bunların heç biri professional deyil. Buna görə də mən öz seriallarımızı heç izləmirəm. 10-15 dəqiqə baxıram və təkrarçılıqdan, təqliddən başqa heç nə görmürəm, kanalı dəyişirəm. Bu səbəbdən də bizim seriallar tamaşaçı üçün maraqsızdır. Maraqlı ideya, ssenari olmalıdır. Nəyinsə, kiminsə xətrinə serial çəkmək olmaz. Seriallarda musiqilər bəli, zəifdir. Çoxusu sentizatorda yığılan şeylərdir. Ancaq mən o musiqləri tənqid etsəm, deyəcəklər ki, ona musiqi yazmaq təklif olunmur, ona görə belə danışır".

F. Sücəddinov qonararı bəhanə edən rejissorları da tənqid atəşinə tutdu: "Əsas kəmiyyət deyil, keyfiyyətdir. 10 serial çəkməsinlər, qoy, 5 serial çəksinlər. Ancaq onlar da keyfiyyəti ilə seçilə bilsin. Ümumiyyətlə, bu gün savadlı insanlara az müraciət olunur. Ona görə, nə yaxşı musiqi var, nə mahnı var, nə də ki, yaxşı bir verliş var. Hamsı ləğv olunub".

Bəstəkar Xanım İsmayılqızı isə məsələyə bel əmünasibət bildirir: "Mən yerli seriallarımızın heç birinə də baxmamışam. Bilmirəm, bu təəssüfverici, yoxsa ki, sevindirici haldır. Amma həqiqət budur ki, indiyə kimi çəkilən heç bir serialımızı izləməmişəm. Ancaq bilirəm ki, Aygün Səmədzadə seriallarımızdan hansı birininsə musiqisini yazıb. Aygün xanım isə kifayət qədər peşəkar, sözünü demiş bəstəkardır. Əlbəttə ki, serial rejissorlarının profesionallara müraciət etməməsinə qonarar səbəb ola bilər. Ümumiyyətlə, hər bir sənət adamına yaxşı qonarar verilməlidir ki, onlar birgə əməkdaşlıq etsinlər. Mən yayımlanan seriallarımızın anonslarına hərdən baxıram.Və görürəm ki, professional bəstəkarlar bir yana, professional aktyorlar da çox azlıq təşkil edir. Seriallarımızda tanış simalar çox azdır. Bunlar da maliyyə ilə bağlı olan məsələlərdir. İstər peşəkar aktyora, istərsə də peşəkar bəstəkara yaxşı qonarar təklif olunmalıdır. Maliyyə kifayət qədər olsa, hansı rejissor istəməz ki, çəkdiyi serialda layiqli musiqi səslənməsin?! "




Sizin Reklam Yeriniz