Əlaqə Arxiv
news Image
2021.04.13
09:24
| A A A
Azərbaycanlı fotoqraf FEP-in mükafatına layiq görülüb

Azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2021” müsabiqəsində mükafata layiq görülüb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, FEP-in “İlin Professional Fotoqrafı 2021” müsabiqəsinin yekun nəticələri elan olunub. Müsabiqəyə 25 fərqli ölkədən qatılan fotoqraflar arasında idman kateqoriyası üzrə azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Top-10 finalisti olaraq “Distinction” və “Merit” mükafatlarına layiq görülüb. Qeyd edək ki, 2018-ci ildə Fərqanə Qasımlı FEP-dən “Avropa Fotoqrafı” (EP) kvalifikasiyasını qazanmışdır.

“FEP Awards” komandasının verdiyi məlumata görə, builki müsabiqə göndərilən səkillərin çoxluğu baxımından ən böyük müsabiqə olub: “25 fərqli ölkədən 300-dən çox fotoqrafdan 2600-dən çox səkil aldıq. 29 beynəlxalq hakimdən ibarət bir komanda və yarışın sədri Johan Brouvers ilə birlikdə bu fotoşəkillərin arasından ən yaxşısını seçmək üçün çox çalışdıq. Bütün qalibləri təbrik edirik”.

Sizin Reklam Yeriniz