Əlaqə Arxiv
news Image
2021.04.15
11:00
| A A A
Xeyriyyəçi xanımın Masallı gəncləri ilə motivasiya görüşü

 Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin təşkilatçılığı ilə gənc xanımlar üçün "Motivasiya görüşləri" layihəsinin ilk görüşü "Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırova  ilə reallaşdırıldı.

Görüşün əsas mövzusu "rayon ərazisində yaşayan gənc xanımların karyerası" , "uğurlu qadın və uğur qazanmağın sirrləri", "Erkən nikah", "azyaşlı qızların təhsili" mövzularında oldu. Rayon gəncləri iş, ailə və təhsilində qarşılaşdığı problemlər və fərqli nüansları Arzu xanımla bölüşərək onun dəyərli fikirlərini dinlədilər.

Görüşdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və Cənubunsəsi.az xəbər portalının baş redaktoru Mərhəmət Lələyev iştirak etdilər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi tərəfindən rayon gəncləri üçün mütəmadi olaraq bu kimi maarifləndirici görüşlərin keçirilməsi planlaşdırılır. İştirak etmək üçün facebook və instaqramdan GİKM Masallı nümayəndəliyinin səhifələrini izləyə bilərsiniz.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz