Əlaqə Arxiv
news Image
2021.04.20
16:45
| A A A
Ağdamda şəhidlərin xatirəsinə abidə kompleksi açılıb

Ağdam rayonu Mirəşelli kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş kəndin şəhidlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə əlilləri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.

Mərasim iştirakçıları abidə önünə əkil və gül dəstələri qoyub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sizin Reklam Yeriniz