Əlaqə Arxiv
news Image
2021.04.21
09:59
| A A A
Masallıda Aşıq Ələsgərin 200 illik yubileyi


Masallıda Aşıq Ələsgərin 200 illik yubileyi musiqili kompozisiya ilə qeyd olunub.
Aprelin 20-də Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı növbəti virtual səhnə tədbiri ilə çıxış edib. Belə ki, Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən olan, ustad el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə hazırlanmış virtual musiqili kompozisiya sənətsevərlərin ixtiyarına verilib.
Teatr və rayon Mədəniyyət Mərkəzinin birgə əməyi ilə təşkil edilmiş musiqili proqramda mərkəzin solistləri şux və zövqlü repertuarla çıxış ediblər.
Əvvəlcə, tanınmış el sənətkarı, aşıq Atabala Zahidovun davamçısı, istedadlı sənətçi Atamoğlan Zahid aşıq havası ilə tədbiri açıq elan edib. Sonra nəslin digər davamçısı Ruslan Zahidov, Şamo İbayev, saz ifaçısı Mirsalam Ağayev maraqlı musiqi nömrələri ilə səhnəni bölüşüblər. Sənətçiləri mərkəzin instrumental musiqi ifaçıları müşayiət edib.
Solo ifalar zamanı əsasən aşıq musiqisinə, o cümlədən Aşıq Ələsgərin şeirlərinə qoşulmuş aşıq havalarına üstünlük verilib.
Əlihüseyn ŞÜKÜROV
 

Sizin Reklam Yeriniz