Əlaqə Arxiv
news Image
2021.04.30
18:41
| A A A
Masallıda “Şeir” müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

        21-30 aprel 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və  Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü” nə həsr olunmuş Masallı rayon tam orta və ümumi orta ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri   arasında keçirilən onlayn şeir müsabiqəsinə  yekun vuruldu.

        Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq,təşkil edilən mükafatlandırma mərasimində, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək müsabiqənin keçirilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və şagirdlər  arasında Heydər Əliyev məfkurəsinin geniş təbliği və istedadlı şagirdlərin üzə çıxarılması olduğunu bildirdi.  Sonda müsabiqədə qalib gələn şagirdlərimizi təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.

       Tədbirdə Masallı rayonTəhsil şöbəsinin metodisti Əkbər Mahmudov  çıxış edərək qalibləri təbrik etmiş və müsabiqədə şagirdlərimizin fəallığ göstərdiyini xüsusi olaraq vurğulamışdır.

       10 gün davam edən və  80 nəfərə yaxın şagirdin iştrakı ilə təşkil edilən onlayn şeir  müsabiqəsinin yekun nəticəsinə əsasən, VII-VIII sinif şagirdləri   arasında I yerə Dəmirçi kənd ümumi orta məktəbinin VII sinif  şagirdi Rəsulova Sara Rəsul qızı, II yerə Qızılağac 2 saylı tam orta məktəbinin  VIII sinif şagirdi Mairova Məryəm Elçin qızı , III yerə N.Bağışov adına Xanalion kənd  ümumi orta məktəbinin VIII sinif şagirdi Bağırzadə Mirbağır Mirəsgər oğlu, fərqləndiklərinə  görə isə Ə.Vəliyev adına Qarğalıq kənd tam orta məktəbinin VIII sinif şagirdi Xanməmmədova Rəvanə Tehran qızı, Güllütəpə kənd tam orta məktəbinin VIII sinif şagirdi Tağıyeva Nargilə Elnur qızı, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin VIII sinif şagirdi  Feyzullayeva Günel  Elşən qızı fərqlənmə diplomları ilə mükafatlandırılmışlar.

      IX-X sinif şagirdləri   arasında I yerə Bədəlan kənd tam orta məktəbinin X sinif şagirdi Şahbazzadə İlqarə Mahir qızı, II yerə Qəzvinoba kənd ümumi orta məktəbinin IX sinif şagirdi Abbasova Sevgül Zöhrab qızı, III yerə C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin IX sinif şagirdi Bağırova Fatmeyizəhra Rauf qızı, fərqləndiyinə görə isə Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin X sinif şagirdi Abdullayeva Fidan Vüsal qızı fərqlənmə diplomları ilə mükafatlandırılmışdır.

      Müsabiqədə qalib gəlmiş şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

                                                         ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz