Əlaqə Arxiv
news Image
2021.05.05
15:52
| A A A
MEK-də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilib.

Movqe.az-ın məlumatına görə, müsabiqəni MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq, müxtəlif alimlərin, araşdırmaçıların Nizami Gəncəvi yaradıcılığına mütəmadi olaraq müraciət etdiklərini, bu yöndə dəyərli tədqiqat əsərləri ortaya qoyduqlarını bildirib, böyük mütəfəkkirin irsindən, onun ölkəmiz üçün önəmindən söhbət açıb. Qeyd olunub ki, dahi şairin yaradıcılığının tədqiq və təbliği dünya səviyyəsində də yüksək qiymətləndirilir. Məmməd Əliyev buna uyğun olaraq həm də ölkə Prezidentinin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını bu böyük dühanın yaradıcılığına verilən böyük dəyər olduğunu iştirakçıların diqqətinə çatdırıb. MEK-in ayrı-ayrı şöbələrinin əməkdaşlarının qatıldığı müsabiqədə Azərbaycan və xarici dillərdə videoçarxlar, Nizami Gəncəvi yaradıcılığı haqqında elmi məqalələr, Nizami yaradıcılığında elmə məlum olmayan faktların araşdırılması istiqamətində materiallar təqdim edilib. Daha sonra müsabiqənin qalibləri müəyyən olunub və MEK-də gələcəkdə də bu tipli müsabiqələrin keçirilməsinin davam edəcəyi vurğulanıb.

Müsabiqənin sonunda münsiflər qismində iştirak edən qonaqlar “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abdullayeva və digərləri çıxış edərək müsabiqədə iştirak edən MEK əməkdaşlarına Nizami Gəncəvi irsinə verdikləri dəyərə görə, müsabiqənin baş tutmasında əməyi keçənlərə dərin təşəkkürlərini bildiriblər.

Sonda professor Məmməd Əliyev Azərbaycan elminin populyarlaşdırılması istiqamətində görülən işlərə dəstək olaraq məqalələrin xarici dillərə tərcümə edilərək bir çox xarici elmi jurnallara göndərilməsini tövsiyyə edib. Professor həmçinin qeyd edib ki, MEK-də mütəmadi olaraq keçirilən belə müsabiqələrə əməkdaşların qatılması və aktiv iştirak etməsi olduqca vacibdir.

Sizin Reklam Yeriniz