Əlaqə Arxiv
news Image
2021.05.07
14:00
| A A A
Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam edir.
Mayın 6-da Karantin qaydaları gözlənilməklə Masallı rayon Heydər Əliyev Mərkəzi və GİKM-in Masallı nümayəndəliyinin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon Təşkilatı, Masallı Gənclər İdman İdarəsi və “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşlarının iştirakları ilə “Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi  bir dəqiqəlik sükutla tədbir iştirakçıları tərəfindən yad edilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq  ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.


Sonra “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı sənədli film izlənilmişdir.
Tədbir çərçivəsində Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxışında Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib.
Sonda qonaqlarla birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz