Əlaqə Arxiv
news Image
2021.05.07
19:09
| A A A
Ulu Öndərin xatirəsi Sabirabadda anıldı


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar 07 may 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi könüllülərinin iştirakı ilə silsilə tədbirlər həyata keçirilmişdir.
Mədəniyyət könüllüləri öncə Ulu Öndərin əziz xatirəsini yad edərək, onun Sabirabad rayonunun mərkəzi meydanında yerləşən abidəsi önünə gül dəstələri qoydular.
Daha sonra Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin regiona səfərlərini özündə əks etdirən fotoşəkillərdən, səfər çərçivəsində söylədiyi nitqin audioyazılarından ibarət “Sənə min bir məhəbbət...” adlı videoçarxın təqdimatı keçirilmişdir. Videoçarxın hazırlanmasında İdarənin xidməti əhatəsindəki Heydər Əliyev Mərkəzlərinin fondunda qorunan materiallardan istifadə olunmuşdur. Təqdimatda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, idarə aparatının əməkdaşları, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və mədəniyyət könüllüləri iştirak etmişlər.
Videoçarxın təqdimatından sonra Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə mədəniyyət könüllülərinin Sabirabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya çərçivəsində iştirakçılara Mərkəz barədə ətraflı məlumat verilmiş və onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olmuşlar.
Müstəqil dövlətimizin banisi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirlərin sonunda xatirə şəkli çəkilmişdir.
 
 

Sizin Reklam Yeriniz