Əlaqə Arxiv
news Image
2021.05.08
20:29
| A A A
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ümumilli lider Heydər Əliyevə həsr olunan “ Heydər Əliyev və ümumtürk mədəni irsi” adlı kitab çap etdiriləcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyevə həsr olunan “ Heydər Əliyev və ümumtürk mədəni irsi ” adlı kitab Türkiyədə işıq üzü görəcəkdir.

Movqe.az-ın məlumatına görə, kitabda Azərbaycanın və bütövlükdə Türk Dünyasının böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin ümumtürk mədəniyyətinin inkişafı, gücləndirilməsi, görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunması, türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində verdiyi misilsiz töhvələrlə bağlı məlumatlar əks olunacaqdır. Kitabda eyni zamanda Heydər Əliyevin türkdilli xalqların tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərindən bəhs edən fotoşəkillər, ziyalıların onun haqqında xatirələri yer alacaqdır.

Nəşrin rəyçisi Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovdur.

Sizin Reklam Yeriniz