Əlaqə Arxiv
news Image
2021.05.09
13:45
| A A A
Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir

 

         8 və 9 may 2021-ci  il tarixlərdə   Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq, ASAN İntellektual İnkişaf Mərkəzində , Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənclər arasında  “Breyn rinq” intellektual bilik yarışı üzrə  rayon birinciliyi keçirilmişdir.

          Tədbirin mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bilik yarışının keçirilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunmasından ibarət olduğunu bildirdi. Sonra Camal Manafov, Ümummilli lider Heydər Əliyevin keçdiyi və hər bir gəncə örnək ola biləcək şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı. 

           Gərgin və maraqlı mübarizə  şəraitdə keçən bilik mübarizəsinin sonunda I yerə Şığdaş kənd tam orta məktəbin “Sığdaş” komandası, II yerə   Bala Kolatan kənd tam orta məktəbinin “Bala Kolatan” komandası , III yerə B.Məmmədov adına Böyük Xocavar  kənd tam orta məktəbinin “Böyük Xocavar” komandası layiq görülmüşdür.
        Qalib komandalar Rayon  Gənclər və İdman  İdarəsi tərəfindən  kubok və diplom və Masallı rayon Təhsil şöbəsi tərəfindən isə diplomla mükafatlandırılıb.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz