Əlaqə Arxiv
news Image
2021.05.10
17:40
| A A A
Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi

 Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Masallı rayonunda  silsilə tədbirlər həyata keçirilmişdir.

10 may 2021-ci il tarixdə ara məsafəsi gözlənilmək şərti ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

Sonra Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin Ulu Öndərin xatirəsinə həsr etdikləri əl işlərindən ibarət yaradıcılıq sərgisinə baxılmışdır.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz