Əlaqə Arxiv
news Image
2021.05.10
18:55
| A A A
Vyetnamın tanınmış rəssamı ulu öndər Heydər Əliyevin portretini çəkib

Azərbaycanın Vyetnamdakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı tədbir keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Anar İmanov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixində oynadığı müstəsna roldan söhbət açıb, Ulu Öndər ən ağır zamanda xalq tərəfindən ölkə rəhbərliyinə dəvət edilərək ölkəni böyük bəladan qurtardığını bildirib. O, Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrün xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi, habelə ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi olduğunu xüsusi vurğulayıb.

A.İmanov dünyada cərəyan edən siyasi proseslərə və müxtəlif güclərin maraqlarına tam bələd olan, həmçinin dərin zəka, siyasi uzaqgörənlik və polad məntiqə malik Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunduğunu, həmçinin ölkəmizin dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiyanın işlənib hazırlandığını bildirib.

Diplomat müasir dövlətimizin banisi Heydər Əliyevin müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən xilas edərək ölkəmizə sabitlik, xalqımıza isə firavanlığı qazandırdığını əlavə edib.

Səfir A.İmnaov hazırkı yüksək səviyyəli Azərbaycan-Vyetnam dostluq münasibətlərinin bünövrəsinin məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu xatırladıb.

Bildirib ki, Ulu Öndərin təməlini qoyduğu siyasətin bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin olunub. Azərbaycan Cənub Qafqaz bölgəsinin lider dövlətinə çevrilib. A.İmanov bu xüsusda 2-ci Qarabağ müharibəsində şanlı ordumuzun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Azərbaycanın bu zəfər ilə bölgədə yeni reallıq yaratdığını vurğulayan diplomat, qələbənin təməlinin Heydər Əliyevin Azərbaycanda hakimiyyətə olduğu illərdə qoyulduğunu bildirib.

Tədbirdə Vyetnamın ən tanınmış rəssamlarından biri xanım Van Duonq Thanh özünün çəkdiyi Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin portretini səfirliyə hədiyə edib. Vyetnam və İsveçdə yaşayan xanım Van Duonq Thanhın rəsm əsərləri dünyanın müxtəlif muzeylərində nümayiş etdirilir. Vyetnama səfər etmiş bir sıra dövlət rəhbərlərinə, o cümlədən ABŞ prezidentləri Bill Klinton və Barak Obamayə da məhz Van Duonq Thanhın rəsm əsərləri hədiyyə olunub.

Xanım Van Duonq Thanh Azərbaycan səfirliyi ilə dostluq əlaqələrindən məmnuniyyətlə danışaraq, Heydər Əliyevin Azərbaycanın tarixində oynadığı roldan öyrənib təsirləndiyini vurğulayıb. O, Heydər Əliyevin ağır günlərdə Vyetnama dəstək göstərdiyini xatırlayaraq, Vyetnam müharibəsindən sonra ölkəyə səfər edən ilk yüksək səviyyəli Sovet nümayəndə heyətinə məhz Heydər Əliyevin rəhbərlik etdiyini deyib. Van Duonq Thanh Heydər Əliyevin rəsmini çəkmək barədə qərar verməsinin onun siyasi fəaliyyətinə, o cümlədən Vyetnama dostcasına yanaşmasına olan rəğbəti ilə bağlı olduğunu bildirib. Van Duonq Thanh rəsm üzərində çalışarkən Heydər Əliyevin şəxsiyyətindən, ölkəsinə və xalqına olan məhəbbətindən, simasında olan nurdan ilhamlandığını vurğulayıb.

Sizin Reklam Yeriniz