Əlaqə Arxiv
news Image
2021.05.21
12:29
| A A A
“Qarabağ Müharibəsi Qəhrəmanları” fonduna nəşrlər daxil olmaqda davam edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva tərəfindən “Gədəbəy rayonunun şəhidləri” (3 nüsxə) və “Gədəbəydə doğulan şairlər” (1 nüsxə) kitabları hədiyyə olunub. Şəhidlərin ölməz ruhuna ehtiram əlaməti olaraq çap olunmuş “Gədəbəy rayonunun şəhidləri” kitabında rayonun Milli Qəhrəmanları, I və II Qarabağ müharibəsi şəhidləri haqqında məlumatlar öz əksini tapıb.

Kitabxananın İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a bildirilib ki, Gədəbəy rayonunda doğulan şairlərin yenidən çağdaş ədəbi mühitə təqdim olunması eləcə də təbliği məqsədilə çap olunmuş “Gədəbəydə doğulan şairlər” kitabında isə Gədəbəydə doğulub, yaşayıb-yaratmış şairlərin həyatı və yaradıcılığı, şeirləri yer alır.

Qeyd edək ki, “Gədəbəy rayonunun şəhidləri” kitabı MEK-də yaxın günlərdə istifadəyə veriləcək “Qarabağ Müharibəsi Qəhrəmanları” fonduna, “Gədəbəydə doğulan şairlər” kitabı isə Azərbaycan fonduna təqdim olunub. Hər iki kitab MEK-in elektron bazasına daxil edilib.

Sizin Reklam Yeriniz