Əlaqə Arxiv
news Image
2021.05.29
10:50
| A A A
Vətən üçün doğulmuşdu...
Masallı şəhərində doğulub boy atan şəhid əsgər Araz Seyfullayev - 20

28 may 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RİH aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfəz Nuriyev, şəhidin ailə üzvləri, şəhər sakinləri, məktəblilər, media nümayəndələri və başqaları ara məsafəsi gözlənilmək şərtilə Şəhid əsgər Araz Elsevər oğlu Seyfullayevin anadan olmasının 20-ci ildönümü ilə əlaqədar məzarını ziyarət edərək üzərinə tər gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edərək 8 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb. Subay idi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Araz Elsevər oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz