Əlaqə Arxiv
news Image
2021.09.03
14:21
| A A A
Şuşa Azərbaycan mədəniyyətin beşiyidir

Azərbaycan xalqının qürur və fəxarət mənbəyi olan qədim Şuşa yağı tapdağından azad olundu. Şuşa Azərbaycan milli musiqisinin və poeziyasının beşiyi, qədim tarixi abidədir. Şuşa qalası mərdlik,igidlik rəmzi,qürur mənbəyimizdir.1747-ci ildə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan öz xanlığını yadellilərin hücumlarından qorumaq məqsədilə 1752-ci ildə Şuşa qalasının tikilməsinə göstəriş verir. O dövrdə “Pənahabadi” adlı gümüş sikkə də döyülür. 1823-cü ildə Şuşa Qarabağ xanlığının mərkəzinə çevrilib, “Qafqazın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” dir Şuşamız.

Şuşa həm də mədəniyyətimizin incisidir. Cabbar Qaryağdıoğlu, Məşədi Dadaş, Sadıqcan, Üzeyir Hacıbəyov, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski və daha onlarla məşhur musiqiçilər diyarıdır. Qarabağ torpağı həmçinin Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mir Mövsüm Nəvvab, Fatma xanım Kəminə, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi şair və yazıçıların Vətənidir.

Noyabrın 8-i Azərbaycan xalqı üçün əlamətdar bir gündür. Müzəffər Ordumuz Şuşanı erməni işğalından azad edərək tarixi qələbəmizi qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2021-ci il 30 avqust tarixində Şuşada Vaqif Poeziya günlərinin açılış mərasimində demişdir:”İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.

Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.”

Əntiqə Tağıyeva 

Masallı rayon Hişkədərə kənd sakin

Sizin Reklam Yeriniz