Əlaqə Arxiv
news Image
2022.02.12
13:27
| A A A
Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!

Ölkənin lider mobil operatoru rəqəmsal məhsullar portfelinigenişləndirməyə davam edir. Bu dəfə “Azercell Telekom” MMC MDB-nin ən böyük onlayn kinoteatrlarından biri olan Okko-nu yerli bazarda xüsusi şərtlərlə təqdim edir. Mobil operator özabunəçilərinə dünyada 20 milyona yaxın müştərinin rəğbətiniqazanan bu tətbiqdən 45% -dək endirimlə yararlanmaq imkanıverir. 

Qeyd edək ki, Okko vasitəsilə 90.000-dən çox bədii və cizgifilmlərini, eləcə də serialları heç bir reklam fasiləsi olmadan Full HD 4K və 8K keyfiyyətində izləmək mümkündür. Həmçinin, xidmət smart funksiyası olan televizorların əksəriyyətindədə mövcuddur.

Azercell Okko onlayn kinoteatrına güzəştli qiymətlərləOptimum paketinə abunəliyi təqdim edir. Bu paketəParamount+, Vip Play, Okko Lite, uşaqlar üçün xüsusi kontent, elm-təhsil sahəsinə dair veriliş və filmlər daxildir. Bundan əlavə, paketə abunə olanlar karaoke xidmətindən istifadə edib, dünya üzrə məşhur hitləri ifa etmək imkanı da əldə edirlər.  

Okko-ya üç növ - gündəlik, həftəlik və aylıq abunə təklif edilir. Gündəlik abunənin xidmət haqqı 0.35 AZN, həftəlik abunə 1.5 AZN, aylıq abunə isə cəmi 4.99 AZN təşkil edir. Hazırda buxidmətin aylıq abunəliyinə qoşulanlar 30 gün Okko onlaynkinoteatrından pulsuz istifadə etmək imkanı qazanacaq.

Okko xidmətinə həm USSD kod, həm SMS vasitəsilə abunəolmaq mümkündür. Gündəlik paket üçün *800#, həftəlik abunəüçün *890#, aylıq paket üçünsə *899# kodunu yığmaq lazımdır. Bu zaman xidmətə qoşulmaq üçün məlumat və yükləmə linkiSMS-lə telefona göndərilir.

SMS vasitəsilə xidmətə qoşulmaq üçün Start gun, Start hefte vəStart ay sözlərini paket növünə uyğun olaraq 6660 qısanömrəsinə göndərmək lazımdır. Bu xidmətə abunəliyi Azercell-in “Kabinetim” mobil tətbiqi üzərindən də aktivləşdirmək olar.

Bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell indi də onlara bir abunədəminlərlə filmə baxmaq fürsətindən yararlanmağa dəvət edir.

 

Sizin Reklam Yeriniz