Əlaqə Arxiv
news Image
2013.09.24
22:22
| A A A
Muzeylərə, tarixi abidələrə giriş pulsuz olacaq

"Ümumdünya turizm günü"nün qeyd olunması münasibəti ilə muzeylərə, qoruqlara, abidələrə giriş pulsuz olacaq.


Mövqe.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, 27 sentyabr tarixində saat 10:00-dan Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) elan olunacaq.


Bildirək ki, 27 sentyabr dünyada Ümumdünya Turizm Günü kimi qeyd olunur.


1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.


1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib.


Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur.


Sizin Reklam Yeriniz