Əlaqə Arxiv
news Image
2013.09.30
17:58
| A A A
Opera və Balet teatrında Fərəc Qarayevin "Qobustan kölgələri" baletinin premyerası olacaq

Opera və Balet teatrının mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayevin "Qobustan kölgələri" baletinin premyerası keçiriləcək.


Tamaşanın quruluşçu baletmeysteri Böyük Britaniyalı xoreoqraf Maksin Braxandır. Tamaşa bu ilin may ayında xüsusi layihə çərçivəsində - Bakıda keçirilən Mədəniyyətlərarası beynəlxalq dialoq forumu çərçivəsində səhnəyə qoyulmuş və forumun iştirakçıları üçün mayın 31-də Qobustanda qayalar arasında açıq havada qurulmuş xüsusi səhnədə göstərilmiş və böyük uğur qazanmışdı.


Tamaşa hazırda teatrın səhnəsində göstərilmək üçün uyğunlaşdırılıb.


"Qobustan kölgələri" sərt təbiətə qarşı həyat uğrunda mübarizə aparan ibtidai insanların həyatından bəhs edir.


Sizin Reklam Yeriniz