Əlaqə Arxiv
news Image
2013.10.01
12:17
| A A A
İTV-də yeni verliş açılacaq-FOTO
Vidadi Hüseynov ilə İlyas Əfəndiyev yaradıcılığına fərqli baxış...

Oktyabrın 3-də İctimai televiziyada yazıçı İlyas Əfəndiyevin anım gününə həsr edilmiş  "Unuda bilmirik" verilişi yayımlanacaq. Qeyd edək ki, mərhum yazıçı haqqında indiyədək xeyli verilişlər çəkilib. Bu verilişlərdə əsasən məhəbbət mövzusu, müsbət qəhrəmanların xarakterləri şərh olunub. "Unuda bilmirik" verlişinin müəllifi Vidadi Hüseynov Mövqe.az-a açıqlama verən zaman qeyd edib ki,  bu dəfə  İlyas Əfəndiyev İctimai televiziyanın xarakterinə uyğun olaraq fərqli baxışla ekrana gələcək: Tamaşaçılar İlyas Əfəndiyevin yaradıcılığındakı açılmamış səhifələrə ekskursiya etmiş olacaqlar. Verilişdə ideologiya və quruluşa xidmət etməmək, sovet idelogiyasının milli mənəviyyata qənim kəsildiyi illərdə səhnəyə bütöv Azərbaycan, Azad Azərbaycan ideyasının gətirilməsi, bütün dram əsərlərində Cənubi Azərbaycan məsələsinin ön plana çəkməsi, ədəbiyyata 40-cı illərdə gəlməsinə baxmayaraq 60-cı illərdə 60-cılardan ön planda olması məsələləri ətrafında müzakirə gedəcəkdi". 

Qeyd edək ki, verilişin qonaqları  xalq yazıçısı Elçin, millət vəkili Nizami Cəfərov, xalq artistləri Amaliya Pənahova və Mərahim Fərzəlibəyov bu məsələrin şərh olumasında iştirak edib.Əlavə olaraq bildirək ki,  uzun illər ərzində Azərbaycan televiziyasında teatr proqramları hazırlayan  Vidadi Hüseynov tezliklə İctimai televiziyada öz müəllif proqramı ilə efirə çıxacaq.

Sizin Reklam Yeriniz