Əlaqə Arxiv
news Image
2013.10.11
17:57
| A A A
Macəra, döyüş janrında yeni yerli filmlərimiz qəhətə çəkilib
Elxan Cəfərov: «Macəra filmi industriyalaşmış kino məhsulu olmalıdır»

Nicat Qafuroğlu: "Macəra dolu, fantastik, döyüşkən janrda filmlərin çəkilməsi üçün maddi vəsait çox lazım olur"


Dünya kino sənayesində baş verənlərin təhlili bu gün döyüş, macəra, fantastika  janrında çəkilən filmlərin daha çox tamaşaçı auditoriiyası topladığını, böyük gəlir gətirdiyini göstərir. Lakin son illərdə ölkəmizdə göstərilən janrda filmlərin istehsalı demək olar ki, yox dərəcəsindədir.

Bunun səbəbləri barədə Mövqe.az-a danışan aktyor, rejissor Elxan Cəfərov qeyd edir: " Macəra filmi industriyalaşmış kino məhsulu olmalıdır. Müstəqil Azərbaycan kino industriyalaşmasının müstəqil addımları indilərdə atılır. Düşünürəm ki, 5 ilə biz bu prosesi bitirəcəyik və ondan sonra müxtəlif janrlara müraciət etmə üsulları çoxalacaq. Fantastik, macəra filmlərinin çəkilməsi üçün pofessional rejissorlar, operatorlar, yazıçılar və kifayət qədər kadrlarımız da var. Sanki, bir qutunun içində xəzinə var. O xəzinənin qutusunun açarını biz indi düzəldirik. Yəni, industriyalaşma xəzinə dolu qutunun açarı deməkdir. Bütün bu potensial, imkanlar da var. Qabaqlar deyilirdi ki, bu sahədə peşəkarlar yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm. Kifayət qədər peşəkarlar var, yetişir. Sadəcə industriyalaşmanın qolu odur ki, biz çəkdiyimiz filmləri ilk olaraq əcnəbi tamaşaçıya təqdim edirik. Bunun müxtəlif problemləri var. Ən birinci isə kinolarımızın piar problemidir ki, hələ də davam edir. Kinoteatrlarımız da azdır. Kino  tam industriyalaşdıqdan sonra Prezidentimizin də 2008-2018-ci illər ərzindəki kinonun inkişafı yolunda imzaladığı sərəncama əsasən 2018-ci ildə Azərbaycan kinosu tam industriyalaşmış və maddi texniki bazaya sahib olan bir istehsalat bazasına çevrilməlidir. Kino ömür boyu sanitar rolunu oynayır və oynamaqda da davam etməkdədir. Bu gün biz cəmiyyətin sanitarına çevrilməyin ərəfəsindəyik. Necə ki, Azərbaycan Sovet kinosu sanitar rolunu ifa edirdirdi, biz də bunu etməyə çalışırıq".

"Qafuroğlu Film & Biz Production"un direktoru, rejissor  Nicat Qafuroğlu isə qeyd edir:  "Yaxşı ssenari və pul olsa, bu gün elə fantastik film çəkərəm! Fantastik film üçün çox vəsait tələb olunur. Digər janrda olan filmlərdən daha çox… Heç olmasa 500 min manta olsa, elə indi o cür film çəkərəm. Bu janrda "babat" film çəkməyə iddialıyam. Çəkdiyim "Ultionis" filmi də belə maraqlı filmlərdəndir. Macəra dolu, fantastik, döyüşkən janrda filmlərin çəkilməsi üçün maddi vəsait çox lazım olur. Hazırda növbəti bədii filmin çəkilişi üçün hazırlıq işləri gedir. Onu bitirməmiş kino haqqında çox danışmaq istəməzdim".


 


 


 

Sizin Reklam Yeriniz