Əlaqə Arxiv
news Image
2013.10.18
13:47
| A A A
Rejissorlar üçün təşkil olunan müsabiqənin başlama müddəti uzadıldı

Azərbaycanda gənc rejissorların yaradıcı işləriylə bağlı başlayan müsabiqənin vaxtı uzadılıb.

Bu barədə layihənin mətbuat katibi Fuad Mədətov Movqe.az-a məlumat verib. O, bildirib ki, "AE group production"nın təşkilatçılığı ilə "Müasir Bakı" mövzusunda keçirilən müsabiqənin vaxtının uzadılmasının əsas səbəbi təqdim olunan ssenari mətnlərinin müsabiqənin tələblərinə qismən cavab verməsidir.

Təqdim olunan 157 ssenaridən cəmi 20-i təşkilat komitəsi tərəfindən seçilərək, münsiflər heyətinə təqdim olunacaq. Bu baxımdan da təşkilat komitəsi ssenari mətnlərinin qəbulunu oktyabr ayının son gününə qədər uzadıb.

Məlumat üçün bildirək ki, "Müasir Bakı" mövzusunda keçirilən müsabiqənin səbəbi gənclərə öz ssenariləri əsasında film çəkmək şansını yaratmaqdır.

Müsabiqədə iştirak edən şəxslərin ssenariləri ölkənin sayılıb-seçilən kino xadimlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyəti bunlardır: Azərbaycanın Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev (münsiflər heyətinin sədri), rejissor Elxan Cəfərov, kinooperator Nadir Mehdiyev, jurnalist Nazilə Babayeva və rep ifaçısı Anar Nağılbaz. Müsabiqədə qalib gələn 3 nəfərin ssenarisinin ekranlaşdırılmasının bütün xərclərini ödəməyi təşkilatçı şirkət öz öhtəsinə götürüb. Müsabiqənin təşkilat komitəsinin rəhbəri "AE group production" rəhbəri Emil Ağayevdir.

Qeydiyyat pulsuzdur.

Ətraflı məlumat üçün: (+994 012) 596 33 75; (+994 55) 252 59 51; (+994 55) 252 59 53.

Sizin Reklam Yeriniz