Əlaqə Arxiv
news Image
2013.10.18
15:54
| A A A
Nağıllarımız daha ekranlaşdırılmır
Fariz Əhmədov: «Nağıl janrının ekranlaşşdırılması istehsalat baxımından ağır, maliyyə baxımından isə çox bahadır»

Aygün Aslanlı: "Əgər qazanc gətirilməməsinə görədirsə, ümumiyyətlə, Azərbaycanda heç bir film qazanc gətirmir"


Bu gün kino sənyasinin inkişaf etdiyi bir çox ölkələrdə müşahidə edilən tenedensiyalarından biri də milli nağılların ekranlaşdırılmasıdır. Hazırda Avropada, elə qonşu Rusiyada bu təcrübədən geniş istifadə olunur. Belə vəziyyət həi nağılların daha geniş tamaşaçı auditoiiyasına, ro cümlədən uşaqlara çatdırılmasına yardımçı olur, həm də bu şifahi xalq nümunələrini yaşadır. Azərbaycanda isə nağılların ekranlaşdırılması, onların filmə çevrilməsi təcrübəsindən hazırda demək olar ki, qətiyyən istifadə olunmur. 

Bunun səbəbləri barədə Mövqe.az-a danışan "Azanfilm"in direktoru, rejissor Fariz Əhmədov qeyd edir: "Mənə elə gəlir ki, bugünkü audiovizual sfera tamam başqa istiqamətdə inkişaf edir. Bugünkü tamaçaçını məncə, nağılllarla əyləndirmək, aldatmaq daha mümkün deyil. Çünkü kompüterin, internetin, müxtəlif 3D oyunlarının olduğu dövrdə bu cür filmlər bir növ baxılmır və rəflərdə qalır.  

Digər tərəfdən nağıl janrının ekranlaşşdırılması istehsalat baxımından ağır, maliyyə baxımından isə çox bahadır. Əlbəttə, bu janrın ekranlaşdırılması rejissordan, rəssamdan, operatordan, ümümiyyətlə, yaradıcı qrupdan böyük istedad tələb edir. Digər tərəfdən isə bu janra müraciət etdikdə ekranlaşdırılacaq nağılın bədii keyfiyyəti zəruridir. Mənə elə gəlir ki, son dövürlər bu janırda maraqlı əsər yaradılmayıb. Əlbəttə, Amerika və Avropa ölkələri bu janra tez-tez müraciət edir və uğurlu da işlər ortaya qoyur. Ancaq belə kino məhsulların tam şəkildə dünya prokatında uğur qazanmasını söyləmək yanlış olardı. Belə layihələr bir çox hallarda prodüsser mərkəzlərinə maliyyə baxımlndan ziyan gətirən filmlər olur".

Kinoşünas Aygün Aslanlı isə qeyd edir: "Sovetlər dönəmində nağıllara çox gözəl filmlər çəkilirdi.  Amma indi çəkilmir. Ümumiyyətlə, son illərdə uşaq filmi yox səviyyəsindədir. Bir neçə film olsa da, ancaq bu, çox azdır. Uşaqlarla bağlı  olan filmlərdən "Buta" filmi var. Adıçəkilən film Azərbaycanda çəkilib, Asiyada keçirilən festivalda ən yaxşı uşaq filmi adı alıb. Samir Kərimoğlununda yanılmıramsa, əgər "Onun ürəyi" filmi var ki, bu da uşaq filmidir. Niyə indi nağıllara filmlər çəkilmir sualına isə konkret cavab verə bilmirəm. Yəqin, rejissorlara maraqlı deyil. Əgər qazanc gətirilməməsinə görədirsə, ümumiyyətlə, Azərbaycanda heç bir film qazanc gətirmir. Ola bilər, bu məsələyə diqqət etmirlər".


Sizin Reklam Yeriniz