Əlaqə Arxiv
news Image
2013.10.21
18:23
| A A A
Müğənnilərimiz əcnəbi dildə albom buraxmaqda aciz duruma düşüblər
Gövhər Həsənzadə: «Bizim müğənnilər dünya standartlarına uyğun işlər görmürlər»

İntizar Məmmədzadə: "Bilirik ki, sabah o albom bizə heç nə qazandırmaycaq"


Dünya musiqi sahəsində artıq neçə illərdir ki, müşahidə olunan tendensiyalardan biri də müxtəlif ölkələri təmsil edən müğənnilərin həm də ingilis dilində sinql və albomlarını çıxarmasıdır. Burada əsas məqam həmin sinql və albomların dünya musiqi səhnəsinə yol tapmasını təmin etməkdir. Lakin nədənsə, azərbaycanda bu təcrübəyə müraciət edən müğənnilər demək olar ki, yoxdur. Bəzi müğənnilər sinql buraxsalar da, injilis dilində musiqi albomuna ümumiyyətlə, rast gəlinmir.  

Tanınmış bəstəkar Gövhər Həsənzadə Mövqe.az-a açıqlamasında bu xüsusda qeyd edir: "Bizim müğənnilər dünya standartlarına uyğun işlər görmürlər. Bizdə albom satışından gəlir əldə olunmadığına görə, müğənnilər əziyyət çəkib, pul xərcləyib albom buraxmaq, sinql etmək barədə düşünmürlər. Əslində, bu cür layihələr şirkətlər tərəfindən müğənnilərə təklif olunmalıdır. Belə şirkətlərdə isə bizdə yoxdur ki, müğənni layihə ilə müraciət etsin və qarşılığını da ödəsin. Albomlar pərəkandə buraxılır. Və bundan da qazanc əldə olunmur. Müğənnilərə də albom buraxmaq sərf etmir. Çünki albom buraxmaq üçün sərf olunan xərci sonradan əldə edə bilmirlər. Müğənni də məcbur olub haradan qazanc əldə edirsə, ora da pul xərcləyir ki, gəliri davamlı olsun. Məsələn, toydan qazanan müğənni əlavə pul verib toy mahnısı yazdırır ki, toyları sabah da olsun və mütəmadi qazanc əldə edilsin".

İfa etdiyi ispan mahnıları ilə məşhur olan  "Şeron" qrupunun üzvü İntizar Məmmədzadə isə qeyd edir: "Biz də ingilis dilində mahnılar ifa edirik. Bəzən tələffüz problemləri bizim özümüzdə də olur. Sonradan dinləyəndə bu qüsurları görürük və təəssüf keçirirəm ki, kaş olmazdı. Ancaq bir yandan özümüzə haqq qazandırıram ki, hər hansı əcnəbi də bizim mahnını oxuyanda eyni səhvlərə yol verə bilir. İnsanın öz ana dili başqa, sonradan öyrəndiyi dil başqa. Ancaq İngilis dilində albom buraxmamışıq. Bu barədə düzü, fikirləşmirik. Çünki buna tələbat yoxdur. Bu sahədə gəlir yoxdur.  Bizim də digər müğənnilər kimi əsas gəlir yerimiz toylardır. Toydan gəlir əldə edib, ona klip çəkdirə bilirik, yeni mahnılar alırıq. Ancaq alboma artıq vaxt çatdırmaq olmur. Çünki bilirik ki, sabah o albom bizə heç nə qazandırmaycaq".


Sizin Reklam Yeriniz