Əlaqə Arxiv
news Image
2013.10.22
18:29
| A A A
Seriallar filmləri sıxışdırır
Nadir Diridağlı: «. Filmlə serialın xərcləri arasında yerlə göy qədər fərq var» Yavər Rzayev: «Filmlə serialın qiymət fərqi çoxdur»

Naibə Allahverdiyeva: "İndi elə adamlar serial çəkir ki, heç kamera nədir, bilmirlər"


Bu gün ölkədə serial çəkilişilərinin getdikcə daha geniş vüsət alması aydın müşahidə olunmaqdadır. Lakin bu fonda film istehsalı azalmağa doğru gedir. Təbii ki, belə vəziyyət sırf film sənayesinin perspektivi üçün müsbət  heç nə vəd etmir. 

Son çəkdiyi "İlahi məxluq"  filmi ilə böyük qalmqal yaradan Yavər Rzayev də məsələyə dair Mövqe.az-a açıqlamasında fikrini bildirib: "Mən belə düşünmürəm ki, bu gün film çəkilişi azdır. Film çəkənlər də var, serial çəkənlər də... Kim nəyi bacarır, onu çəkir. Serialın öz yeri, filmlərin də öz yeri var. İndi bədii filmlər də çəkilir. Filmlə serialın qiymət fərqi çoxdur. Bir bədii film milyon manata başa gəlirsə, seriallara isə yüz min də bəs edir. Ona görə seriallar çoxluq təşkil edir".

"Tək olanda qorxma" serialının rejissoru Nadir Diridağlı isə qeyd edir: " Filmi dövlət sifariş verir. Filmlə serialın xərcləri arasında yerlə göy qədər fərq var. Onların maliyyəsi bir deyil. Həm də ki, televiziyalar serialın çəkilişində  iştirak edirlər". 

Əməkdar aktrisa Naibə Allahverdiyevanın isə məsəəlyə münasibəti belədir: "Filmi çəkmək daha böyük xərc tələb edir. Bu, ağır yükdür. Həm də ki, film çəkmək əsl professionallıq tələb edir. Serial çəkmək isə o dərəcədə professionallıq tələb etmir. İndi elə adamlar serial çəkir ki, heç kamera nədir, bilmirlər, çox qeyri-peşəkardılar. Film isə böyük məsulliyyət, peşəkarlıq və böyük pullar tələb edir". 


Sizin Reklam Yeriniz