Əlaqə Arxiv
news Image
2013.10.23
17:15
| A A A
Dramaturqlarımızın əsərləri daha xarici səhnələrdə oynanılmır
İntiqam Hacıyev: «Bizim dramaturqlar hələ bizim teatrlar üçün normal əsərlər yazsınlar, sonra qalsın xaricə getmək haqqında düşünsünlər»

Oqtay Hacımusalı: "Əvvəl yerli dramaturqlar yetişməlidir ki, onların əsərləri xarici teatrlarda səhnələşdirilə bilsin"


Azərbaycan teatr səhnələrində tez-tez əcnəbi müəlliflərin əsərlərinin hazırlanaraq tamaşaya qoyulması hallarına rast gəlmək mümkündür. Əvvəllər azərbaycanıl yazıçıların da əsərləri vaxtaşırı müxtəlif xarici ölkələrin teatr səhnələrində tamaşaya qoyulurdu. Lakin hazırda  bu tendensiyaya demək olar ki, rast gəlinmir. Eyni zamanda teatrlarımız özləri də yazıçılarmızın əsərləri əsasında hazırlana tamaşaları ayrı-ayrı xarici ölkələrdə nadir hallarda nümayiş etdirirlər. Daha doğrusu, teatrlar xarici qastrollara nadir hallarda yollanırlar. 

Məsələyə münasibət bildirən ssenarist İntiqam Hacıyev Mövqe.az-a açıqlamasında bildirir: "Bu gün Azərbaycanda teatrların fəaliyyəti Dövlət Mədəniyyət Nazirliyi tərəfindən tənzimlənir. Fikrimcə, teatrlar özləri sərbəst olmalıdırlar. Dövlətin dəstəyi varsa da onlarda  mstəqillik yaranmalıdır. Yəni, azad abu-hava yaranmalıdır. Xaricə çıxarılası əsərlər isə yoxdur. Bilirsinizmi, köhnə, sovet dövründə yazılan əsərlər teatrlarımızı zəbt edib, ağuşuna alıb. Yeni dramaturqlar üçün heç öz teatrlarımızda şərait, imkan yaradılmır. Bu gün teatrlarımızın iş rejimində, əsərlərində, oynanılan tamaşaların quruluşunda belə dəyişiklik olunmur. Bu cür tamaşaları xaricdə oynamaq olmaz. Xarici tamaşaçı çox şey görüb, daha tələbkardır. Bizim tamaşaçılar teatra çox vaxt getməsələr də, ancaq xaricdə tamaşaçı mənəvi zövq almaq üçün çox şey edir, o cümlədən də teatra gedir. Bunlar əsas amillərdir. Bu gün dünya teatrlarında nə cür pyeslər, tamaşalar oynanılır! Adi dekorativ  quruluşa baxaq. Nə qədər dəyişikliyin olduğunu görəcəyik. Moskvada, digər MDB ölkələrində tarixi əsərlər səhnələşdirilsə də, quruluş baxımından çox fərqlənir. O tamaşalarda hər şeydən bir az - kinayə, müasirlik, indiki dövrdə olan problemlərlə səsləşmə və s. var. Bizim dramaturqlar hələ bizim teatrlar üçün normal əsərlər yazsınlar, sonra qalsın xaricə getmək haqqında düşünsünlər".

Yazar Oqtay Hacımusalı isə qeyd edir: "Sovetlər dövrü dağıldıqdan sonra bu sahədə razıyam, boşluq yarandı. Nəinki bu sahədə, ümumilikdə, mədəniyyət sahəsində sanki bir xaos oldu. Ancaq indi düşünürəm ki, yerli teatrlarda bu boşluq doldurulur. Əslində, bu paralel şəkildə gedir. Bilirsiniz, əvvəl yerli dramaturqlar yetişməlidir ki, onların əsərləri xarici teatrlarda səhnələşdirilə bilsin. Mən elə düşünürəm ki, birinci  mərhələ başa çatdıqdan sonra Azərbaycanlı dramaturqların, yazıçıların da əsəri yenidən əcnəbi teatrlarda səhnələşdiriləcək. 

Bu məsələ zaman tələb edən məslədir. Bizim xaricə çıxışımız o qədər də güclü deyil. Əvvəllər sovet məkanı idi, konkret bir məkandan idarə olunurdu. Bir əsərin səhnəyə qoyulması elə də asan iş deyil, çox məsuliyyət tələb edir. Çünki, bir əsərin dizaynı, quruluşu və s. kimi məsələlər də önəmlidir. Sözün həqiqi mənasında, əmək və kapital tələb edən bir məsələdir. Kapitalist ölkədə yaşayırıq. Ona görə də teatr öz kapitalını qazana bilməlidir. Məhz buna görə də teatrlar elə bir əsərlərə müraciət etməlidir ki, tamaşaçı gəlib bilet alıb, tamaşaya baxa bilsin".


Sizin Reklam Yeriniz