Əlaqə Arxiv
news Image
2013.10.25
15:37
| A A A
FİFA-nın prezidenti Azərbaycanda çəkilən film haqda danışıb

FIFA prezidenti Zepp Blatter aktyor Tim Rotla görüşündən danışıb. Azerisport.az bildirir ki, Rot ümumdünya futbol qurumunun 110 illik yubileyinə həsr olunmuş "F-2014" filmində Blatteri oynayacaq.

 

"Mən Rotla görüşdüm. Bizim ümumi keyfiyyətlərimiz var və mən bunu "kimya" adlandırardım. Bəli, bizim 25 illik yaş fərqimiz var. Düzü, rejissorun belə seçiminə təəccüb etdim. Ancaq etiraf etməliyəm ki, uğurlu kastinqdir".

 

Xatırladaq ki, çəkilişləri Braziliya, İsveçrə, Fransa və Azərbaycanda aparılan film, 2014-cü ildə - dünya çempionatı qabağı ekranlara çıxmalıdır. Ekran əsərinin rejissoru fransız Frederik Obertendir. Baş rolları isə Jerar Depardye, Tim Rot və Sem Nill ifa edirlər.

Sizin Reklam Yeriniz