Elxan Cəfərov: "Hələ təzə başlayıblar, bəlkə də serial çəkən rejissorlar bu barədə düşünərlər"
Bu gün Azərbaycandaən müxtəlif janrlarda teleseriallar çəkilməkdədir. Düzdür, seriallar hələlik cəmiyyətdəböyük populyarlıq qazanmasa da, onlar tədricən özlərinə tamaşaçı auditoriyası toplamaqdadırlar. Hazırda ölkədə filmlərlə müqayisədəkifayət qədər çox serial istehsal olunur. Bu fonda gündəmə gələn məsəllərdənbiri də seriallarınmövzusudur. Danılmaz həqiqətdirki, bu gün serialllarda mövzu baxımındanbir yeknəsəklik müşahidə olunur. Digər tərəfdən Azərbaycanın ən ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsimövzu olaraq hələ də seriallarındiqqətindən kənar qalıb.
Məsələyə münasibət bildirən tanınmış aktyor Rasim Balayev Mövqe.az-a açıqlamasında qeyd edir: "Mədəniyyət və Turizm Nazirlyi bu barədə daha ciddi düşünməlidir. Axı niyə indiyə kimi bizdə Qarabağ münaqişəsi barədə serial çəkilməyib? Bu işlərə rejissorlar baxmır. Ancaq indi çox filmlər, seriallar çəkilir. Onlara isə baxmırlar axı… İnsanlarda maraq azalıb. "Nizami" kinoteatrında bir-iki dəfə filmləri göstərirlər, vəssalam. Bilirsiniz ki, bizdə prokat yoxdur. Ən əsas problem də elə bununla bağlıdır. Qarabağ mövzusunda filmlərimiz olsa da, serial yoxdur. Yəqin çəkərlər də…".
Rejissor Yavər Rzayevin isə məsəəlyə münasibəti belə oldu: "Bizim rejissorların Qarabağ münaqişəsi mövzusunda serial çəkəməməsi anlaşılmazlıqdır. Bəlkə bilgisizlikdir. Bəlkə də diqqətsizlik... Bilirsiniz, siz çox yaxşı mövzuya toxunmusunuz. Ola bilər ki, bundan sonra rejissorlar düşünər və bu barədə serial çəkərlər. Əlbəttə, lazımdır. Burada heç bir problem yoxdur. Qarabağ barədə serialların çəkilməsi üçün heç bir texniki problem və ya maddi sıxıntı yoxdur. Qarabağ barədə filmlərimiz var. Ancaq serial təəssüf ki yoxdur".
Rejissor Elxan Cəfərov isə qeyd edir: " Bilirsiniz, mən bu barədə heç nə deyə bilmərəm. Sadəcə hər televiziya kanalı öz profilinə uyğun serial çəkir. Hələ təzə başlayıblar, bəlkə də serial çəkən rejissorlar bu barədə düşünərlər".